Cins: Dipsacus - Fırçaotu print

Avroasiya, Aralıq dənizi hövzəsi ölkələrində və tropik Afrikada yayılan 15 növü var. Azərbaycanda 3 növünə rast gəlinir. Onlara əksər rayonlarda, aşağı dağ qurşağından subalp qurşağadək meşə və kolluqlarda, antropogen təsirə məruz qalmış ərazilərdə, yol və çay kənarlarında, alaq bitkiləri arasında tək-tək və qrup halında yayılıb. İki və çoxillik otlardır. Növləri bir-birindən çiçək qrupunun əlamətləri və ölçüləri ilə fərqləndirmək olur. Bal verən, dərman və alkaloidli bitkilərdir.