Cins: Gentiana - Acıçiçək print

Əsasən, Şimal yarımkürəsində yayılan 300-dən çox növündən Azərbaycanda 10 növü var. Onlara əksər rayonlarda orta dağ qurşağından alp qurşağınadək meşə və kolluqlarda, dağ çəmənliklərində, daşlı-qayalı yerlərdə rast gəlinir. Bir və çoxillik otlardır. Yaxın cinslərdən tacı təşkil edən ləçəklər arasında əlavə qırışıqların olması ilə fərqlənir. Çiçəkləri tək-tək yaxud yarımçətir tipli çiçək qrupunda yerləşir. Dekorativ və vitaminli bitkilərdir.