Cins: Centaurium - Qızılçətir print

Avroasiya, Amerika və Avstraliyada yayılan 50 növündən Azərbaycanda 5 növü var. Onlara əksər rayonlarda arandan yuxarı dağ qurşağınadək daşlı-qayalı yerlərdə, çay və dəniz sahillərində, kolluqlarda, bağ və əkinlərdə rast gəlinir. Növləri bir-birindən çiçəyin rəngi, tacın və gövdə yarpaqlarının əlamətləri ilə fərqləndirilir. Dərman və alkoloidli bitkilərdir.