Cins: Vincetoxicum - Yapışqanotu print

Avroasiyanın mülayim iqlimli ölkələrində yayılan 20 növü var. Azərbaycanda 5 növü məlumdur. Arandan subalp qurşağadək meşələrin açıq və tala yerlərində, kolluqlarda, bəzi növləri quraq daşlı-qayalı ərazilərdə yayılıb. Çoxillik otlardır. Yarpaqları qarşılıqlı düzülmüşdür. Çiçəkləri 5 üzvlü, tacı təkərşəkilli, 5 bölümlü, ağ, sarımtıl yaxud qaramtıl-boz rənglidir. Meyvəsi yarpaqmeyvədir. Bəzi növləri balverəndir.