Cins: Calystegia - Çəpərsarmaşığı print

Hər iki yarımkürənin mülayim iqlimli ölkələrində 25 növü yayılmışdır. Azərbaycanda 2 növü var. Əksər rayonlarda, arandan orta dağ qurşağınadək meşə və kolluqlarda, bağ və bostanlarda, əkinlərdə, yol kənarlarında rast gəlinir. Çoxillik, sarmaşan bitkilərdir. Sadə yarpaqlı, çiçəkləri ağ, tək-tək, tacı qıfvari-zəngşəkilli, qutucuğu 4 yuvalıdır. Dekorativ əhəmiyyəti var.