Cins: Ligustrum - Birgöz print

Asiyada və Avstraliyada 50-dən artıq növü var. Qafqazda və Azərbaycanda yabanı halda 1 növü məlumdur. Bir neçə növü (L. lucidum, L. japonicum) introduksiya edilir və yaşıllaşdırmada geniş istifadə olunur. Həmişəyaşıl və ya yarpağını tökən ağac və kollardır. Yarpaqları sadə, dərivari, tam kənarlıdır. İkicinsli çiçəkləri salxım və ya süpürgəvari çiçək qrupuna yığılır, tacı ağdır. Meyvəsi lətli giləmeyvədir. Dekorativ, meliorativ əhəmiyyəti böyükdür, ətriyyat və ya boya işlərində faydalı bitkidir.