Cins: Syringa - Yasəmən print

Avrasiyada yayılan 30 növü var. Azərbaycanda təbii halda 1 növü (S. persica) Talış üçün qeyd olunur. 2 növü kulturada, bağçılıqda və yaşıllaşdırmada geniş istifadə olunur. Sadə yarpaqlı, çiçəkləri ətirli, ağ, çəhrayı və b. rəngdə, yaxşı tanınan bitkidir. Yüzlərlə sortları məlumdur. Xalq təbabətində böyrək xəstəliyinə qarşı istifadə olunur. Vitaminli bitkidir.