Cins: Olea - Zeytun + print

Aralıq dənizi ölkələri, Asiya, Afrika, Avstraliya və s. ölkələrdə yayılan 30-dan çox növü var. Azərbaycanda 1-2 növü geniş becərilir, bəzən yabanılaşır. Həmişəyaşıl, ağac və ya hündür koldur. Çiçəkləri xırda, ağımtıl, ikicinsli yaxud bircinsli, ikievlidir. Yarpaqları bütöv, dərivari, qarşılıqlı düzülür. Meyvəsi çəyirdək meyvədir. Abşeronda daha geniş becərilir, həmçinin aran rayonlarının yaşıllaşdırılmasında istifadə olunur, həyətyanı sahələrdə əkilir, çoxsaylı çeşidləri var. Zeytun yağı qiymətli qida kimi istifadə edilir. Balverən, vitaminli, dekorativ, texniki bitki kimi əhəmiyyətlidir.