Cins: Globularia - Qlobulariya print

Aralıq dənizi ölkələri, Şimali Afrika və Avropanın dağlıq ərazilərində yayılan 22 növündən Azərbaycanda 2 növü var. Onlar nadir bitkilər sayılır. G.vulgaris  Xanlar rayonundan (orta dağ qurşağının daşlı yamacları), digər növü Naxçıvanın dağlıq ərazilərindən (Şərur rayonunun Axura-havuş yaxınlığındakı Qaraquş və Qazan dağı, Talıbov, 2003), əhənglə zəngin qayalar üzərindən məlumdur. Çoxillik, çılpaq, çim əmələ gətirən bitkidir. Tacı mavi rəngli, çiçəkləri başcıq çiçək qrupuna yığılır. Növləri bir-birindən çiçək qrupunun ölçüləri, kasayarpağın əlamətləri ilə seçilir.