Cins: Callitriche - Suulduzu print

Azərbaycanda 3 növü məlumdur. Əsasən, Lənkəran ovalığında su-bataqlıq ekosistemlərində yayılmışdır. Bir və çoxillik bitkilərdir. Yarpaqları uzunsov olub, çox vaxt rozet əmələ gətirir. Çiçəkləri bircinslidir (bəzən ikicinsli, yaxud qarışıq). Çiçəkyanlığı adətən, olmur. Erkəkciyi 1 ədəddir, dişiciyi 2 meyvəyarpağının bitişməsindən əmələ gəlmişdir. Meyvəsi qurudur, yetişəndə hissələrə (merikarpilərə) bölünür.