Cins: Euphrasia - Gözotu print

Hər iki yarımkürənin tropiklərdən kənar ərazilərində yayılan 150 növü var. Azərbaycanda 15 növü bitir. Onlar əksər rayonlarda, xüsusən, dağlıq rayonlarda, orta dağ qurşağından alp qurşağınadək quraq yamaclarda, alp çəmənlərində yayılmışdır. Daha geniş yayılan (E. pectinata, E. stricta, E. caucasica), həmçinin lokal yayılma sahələrinə malik növləri var. Birillik, bəziləri yarımparazit həyat keçirən ot bitkiləridir. Çiçəkləri qeyri-müntəzəm olub, tək-tək, çiçəkaltı yarpaqların qoltuğunda yerləşən yerləşmişdir. Tacı qıfşəkilli, 2 dodaqlıdır. Erkəkciyi 4, yumurtalığı 2 yuvalı, qutucuğu ovalşəkillidir.