Cins: Lagotis - Lagotis print

Arktikada, Asiyanın mülayim iqlimli ölkələrində və Qafqazda yayılan 20 növü var. Azərbaycanda 2 növə rast gəlinir. Onlara Naxçıvanın dağlıq ərazilərində, çəmənliklərdə təsadüf olunur. Çoxillik bitkidir. Yarpaqları lansetvari olub, kök ətrafında yerləşmişdir. Çiçəklər sünbülşəkilli çiçək qrupunda toplanmışdır, tacı mavidir. Qutucuğu uzunsovdur.