Cins: Pedicularis - Yuvaotu print

Şimal yarımkürəsinin tropiklərdən kənar ölkələrində, xüsusən, Şərqi və Mərkəzi Asiyanın dağlıq ərazilərində yayılan 600-ə yaxın növü var. Azərbaycanın əksər rayonlarında, yuxarı dağ qurşağından alp qurşağınadək meşələrdə, əsasən, subalp və alp çəmənliklərində 6 növü yayılmışdır. Çoxillik otlardır. Yarpaqları lələkvari, 1-2 qat bölümlü, kasacığı boruvari-zəngşəkillidir. Tacı 2 dodaqlı, sarı və ya qırmızı rənglidir. Erkəkciyi 4, qutucuğu qapaqla açılandır.