Cins: Diphelypaea - Difelipeya print

Ön Asiya, Krım və Qafqazda yayılan 4 növündən Azərbaycanda 2 növə təsadüf edilir. Onlardan biri – Turnefor difelipeyası Naxçıvanda aşağı və yuxarı dağ qurşağında, daşlı-gilli torpaqlarda yayılmışdır. Pyrethrum növləri üzərində parazitlik edir. Digər növ isə daha geniş yayılıb və daşlı-qayalı yerlərdə Psephellus növləri üzərində parazitlik edir. Çoxillik, budaqlanmayan gövdəli bitkilərdir. Çiçəkləri tək-tək yerləşir və uzun çiçək saplaqlıdır. Çiçəkaltlığı yoxdur, tacı 5 bölümlüdür. Yumurtalığı 1 yuvalı, meyvəsi 2 qapaqla açılan qutucuq olan bitkilərdir.