Cins: Phelipanche - Felipanxe print

Əsasən, Şimal yarımkürəsində yayılan növlərindən Azərbaycanda 18 növə rast gəlinir. Onlar əksər rayonlarda arandan yuxarı dağ qurşağınadək meşə və kolluqlarda, daşlı qayalıqlarda, sahil qumluqlarında müxtəlif fəsilələrdən olan bitkilər üzərində (başqa cins və növlərinin) parazitlik edir. Bir, iki və çoxillik otlardır. Çiçəkaltlıqları vardır. Çiçək qrupunun, kasacığın və tacın əlamətləri növlərin təyinində istifadə olunan əlamətlərdir.