Cins: Cistanche - Sistanxe print

Avroasiya, Şimali Afrika, Çin, Hindistan və Qafqazda yayılan 20 növü məlumdur. Onlardan Azərbaycanda 4 növə rast gəlinir. Əsasən, Kür-Araz ovalığı, Naxçıvan düzənliyində yayılmışdır. C.fissa növü isə, həmçinin Böyük və KiçikQafqazda aşağı dağ qurşağınadək qalxır. Cinsin bəzi növlərinin yayılması dəqiqləşmə tələb edir. C.flava 18-ci əsrin 30-cu illərində yığılmış autentik nüsxəsindən məlumdur. Bu növ Bakı və Salyan arasından təsvir edilib, cuzğun bitkisi (Calligonum sp.) üzərində parazitlik etməsi qeyd olunur. C.ambigua növü də Naxçıvandan (Böyükdüz) bir neçə dəfə toplanıb. Digər 2 növ nisbətən geniş yayılıb və tərəçiçəklilər fəsiləsi növləri üzərində parazitlik edirlər (Anabasis, Atriplex, Kalidium). Çoxillik, gövdəsi qalınlaşmış, budaqlanmayan, pulcuqvari yarpaqlara malik bitkilərdir. Çiçəkləri sünbül yaxud salxım tipli çiçək qrupuna toplanır. Kasacığı zəngşəkilli, tacı 5 bölümlüdür. Yumurtalığı 1 yuvalı, meyvəsi 2-3 qapaqla açılan qutucuqdur.