Cins: Heterocaryum - Heterokarium print

Əsasən, İran, Əfqanıstan, Orta Asiya və Zaqafqaziyanın yarımsəhra və dağətəyi ərazilərində yayılan 6 növü var. Azərbaycanda aran və dağətəyi rayonlarında, çox az hallarda (Naxçıvan və Talışda) orta dağ qurşağında quraq, daşlı, gilli yerlərdə, çay vadilərində rast gəlinən 3 növü məlumdur. Birillik, alçaq boylu, üzəri qıllı tükcüklü otlardır. Çiçəkləri göyümtül rənglidir. Növləri fındıqça şəkilli meyvəsinin əlamətləri ilə asanlıqla seçilir.