Cins: Symphytum - Xəndəkotu print

Avropanın mülayim iqlimli və Aralıq dənizi ətrafı ölkələrində, Qərbi Asiya və Qafqazda yayılan 25 növü var. Azərbaycanın əksər rayonlarında arandan orta dağ qurşağına, bəzən subalp qurşağadək yayılan 3 növü məlumdur. Qafqaz xəndəkotu növü daha geniş yayılıb. Meşə və kolluqlarda, çay sahillərində, yol kənarı və dağ çəmənlərində təsadüf olunur. Çoxillik, bütün hissələri sərt tükcüklü bitkilərdir. Çiçəkləri müntəzəm olmaqla, qıvrım çiçək qrupuna yığılmışdır. Tacı bənövşəyi, göyümtül mavi rənglidir. Fındıqçası qırışıqlıdır. Yem əhəmiyyəti var.