Cins: Cerinthe - Qovotu print

Avropada, Aralıq dənizi ölkələrində və Şərqi Asiyada yayılan 10 növündən Azərbaycanda 2 növü məlumdur. Ona respublikanın əksər rayonlarında arandan yuxarı dağ qurşağınadək meşə və kolluqlarda, bağ və əkinlərdə, çəmənliklərdə rast gəlinir. Birillik, bəzən iki və çoxillik otlardır. Yarpaqları göyümtrək, tacı açıq-sarı, borusu yuxarı hissəsində qara-bənövşəyi rənglidir. Fındıqcası ovalşəkillidir.