Cins: Omphalodes - Omfalodes print

Cinsin 25 növü var. Arealı Orta Avropa, Qərbi və Şərqi Asiya, Aralıq dənizindən Yaponiya və Meksiyaka qədər uzanır. O.rupestris Böyük Qafqaz rayonunda, yuxarı dağ qurşağında (1820-2000 m) dağ çəmənlərində, çay sahili daşlı-qayalı yerlərdə rast gəlinir. Cinsin digər növlərindən kökətrafı yarpaqların qaidəsinə doğru daralmaması, ucdan küt kəsilmiş kimi olmaması ilə seçilir. Çoxillik ot bitkisidir. Tacı əlvan mavi rəngdə, fındıqcası tüklüdür.