Cins: Lappula - Yapşaq print

Əsasən, Şimal yarəmkürəsinin mülayim iqlimli ölkələrində və qismən Şimali Afrika və Avstraliyada yayılan 50 növü var. Azərbaycanda – əksər rayonlarda arandan orta dağ qurşağınadək quraq, daşlı-çınqıllı yamaclarda, çay sahillərində, əkinlərdə, alaqlı və dincə qoyulmuş torpaqlarda yayılan 7 növü məlumdur. Bir, iki və çixillik otlardır. Yarpaqları xətvari yaxud lansetvari olub üzəri  sərt tükcüklərlə örtülüdür. Kasacıq xırda, xətvari hissələrə bölünəndir. Tacı mavi rəngli, yumurtalığın ağızcığı oturaqdır. Fındıqça meyvəsi, adətən, 1-2 sıra lövbərşəkilli tikancıqlıdır. Növləri sonuncu əlamətlə fərqləndirilir.