Cins: Kochia - Əzgən print

Avstraliya, Avroasiya, Cənubi Afrika və Qafqazda yayılan 30 növü var. Azərbaycanda 3 növə rast gəlinir. Böyük və Kiçik Qafqazın dağlıq rayonları istisna olmaqla respublikanın əksər aran və dağətəyi rayonlarında, həmçinin Naxçıvanın və Talışın dağlıq ərazilərində, arandan orta dağ qurşağınadək quraq-gilli və daşlı yamaclarda, həmçinin qumsal və şorakət torpaqlarda və zibilli yerlərdə yayılmışdır. Əzgən növləri mal-qara üçün qiymətli yem bitkiləridir, xüsusən qış otlaqlarının əsasını təşkil edir.