Cins: Anabasis - Öldürgən print

Aralıq dənizi, Qərbi və Mərkəzi Asiya və Qafqazda yayılan 30 növü var. Azərbaycanda 4 növü məlumdur. Alçaq boylu kol və yarımkol bitkiləridir. Cavan zoğlarında anabazin alkoloidi var. Ondan dekorativ və meyvə ağaclarının zərərvericilərinə qarşı mübarizədə istifadə olunur. Qış otlaqlarında rast gəlinir, zəhərlidir.