Cins: Panderia - Panderiya print

Suriya, İran, Türküstan və Tibet coğrafi regionlarında və ölkələrində 2 növü yayılıb. Bu növlərə həmçinin Azərbaycanda rast gəlinir. Naxçıvan və Talış (Diabar) rayonlarında arandan orta dağ qurşağınadək daşlı yamaclarda, gilli, şorakət torpaqlarda və zibilli yerlərdə bitir. Birillik, alçaq boylu bitkilərdir. Cinsin növləri bir-birindən çiçəkyanlığı yarpaqlarının və gövdədə olan tükcüklərin əlamətləri ilə seçilirlər.