Cins: Rorippa - Acıquşəppəyi print

Dünyanın əksər mülayim iqlimli ölkələrində və Qafqazda yayılan 90 növündən Azərbaycanda 5 növə rast gəlinir. Onlara respublikanın əksər rayonlarında, arandan orta dağ qurşağınadək rütubətli yerlərdə, çay kənarlarında, bataqlıq və sakit axan suların kənarlarında təsadüf edilir. Növlərin çoxu seyrək halda yayılmışdır.

Azərbaycan növləri ləçəkləri sarımtıl, meyvələri buynuz və ya buynuzcuq tipli çoxillik ot bitkiləridir. Sucaq acıquşəppəyi növünün cavan yarpaq və zoğları yeyilir. “C” vitamini ilə zəngindir.