Cins: Erophila - Baharotu print

Avroasiya və Qafqazda yayılan 7 növündən Azərbaycanda 4 növü məlumdur. Onlara respublikanın əksər rayonlarında, arandan orta dağ qurşağınadək, xüsusən, aran və dağətəyi ərazilərin yarımsəhra bitkilik formasiyalarında, efemer bitkilərin arasında, daşlı-çınqıllı yamaclarda, çay sahillərində, alaq bitkiləri ilə birlikdə rast gəlinir. Abşeronda daha geniş yayılıb. Hündürlüyü 2-40 sm olan birillik ot bitkisidir. Yarpaqları kökətrafı rozet əmələ gətirir, gövdəsi yarpaqsızdır. Meyvəsi buynuzcuq tiplidir.