Cins: Alyssum - Çuğundurotu print

Avroasiya və Qafqazda yayılan 100-dən artıq növü var. Bunlardan Azərbaycanın əksər rayonlarında 21 növə rast gəlinir. Cinsin növlərindən bir neçəsi respublika ərazisindən təsvir olunmuşdur. Nadir növlərlə yanaşı, daha geniş areala malik olan növlər də vardır (A. calicinum, A. desertorum, A. tortuosum). Çuğundurotu növləri arandan alp qurşağınadək, xüsusən aşağı və orta dağ qurşağında quraq yamaclarda, gilli, əhəngdaşı ilə zəngin torpaqlarda, kolluqlarda, həmçinin bağ və əkinlərdə yayılmışdır. Növləri bir-birindən buynuzcuq tipli meyvəsinin və çiçək qrupunun əlamətləri ilə fərqləndirmək mümkündür. Ləçəkləri sarı və ya solğun sarı, buynuzcuğu oval, tükcüklərlə (sadə yaxud budaqlı) örtülüdür. Bir, iki və ya çoxillik ot bitkiləridir.