Cins: Dentaria - Dişotu print

Şimal mülayim qurşaqda yayılan 20-dən çox növündən Azərbaycanda 2 növə rast gəlinir. Onlara Azərbaycanda Böyük və Kiçik Qafqaz, həmçinin, Talış zonası rayonlarında təsadüf olunur. Orta dağ qurşağınadək, enliyarpaq ağac cinslərindən (əsasən fıstıqdan) ibarət meşələrdə yayılmışlar. İri ləçəkli, meyvəsi buynuz tipli, toxumları oval və yuvacıqlarda 1 cərgə ilə yerləşən çoxillik ot bitkiləridir. Gövdədə yarpaqların düzülüş tipinə görə növləri fərqləndirmək olur. Kökümsovu qaynadıldıqdan sonra yeyilir, xalq təbabətində büzücü vasitə kimi istifadə olunur. Beşyarpaq dişotu növü erkən çiçəkləyən əlvan çiçəklərə malik dekorativ bitkidir.