Cins: Arabis - Ərəbotu print

Avroasiya, Cənubi Amerika və Qafqazda yayılan 100-dən artıq növü var. Azərbaycanda 14 növü məlumdur. Onlara respublikanın əksər rayonlarında arandan alp qurşağınadək (ərəbotu növləri əsasən dağ rayonlarında yayılmışdır) alp çəmənliklərində, əhənglə zəngin qayalarda, meşə və kolluqlarda, bəzən əkin yerlərində və bağlarda rast gəlinir. Ləçəkləri ağ, sarımtıl və solğun mavi rənglidir. Meyvələri buynuz tiplidir. Bir, iki və çoxillik ot bitkiləridir. Çəmən və step bitkiliyinin formalaşmasında iştirak edir. Bəzi növləri yem bitkiləridir, həmçinin bal verən və dekorativ növləri də vardır.