Cins: Hesperis - Gecəgülü print
- Hüceyrəli formalar
- Üst aləm: Eucaryota
- Aləm: Plantae
- Alt aləm: Embryophyta
- Şöbə: Angiospermae və ya Magnoliophyta
- Sinif: Dicotyledoneae
- Fəsilə: Cruciferae
- Cins: Hesperis
Avropa, Aralıq dənizi ölkələri, Mərkəzi Asiya və Qafqazda yayılan 30 növündən Azərbaycanda 8 növə rast gəlinir. Azərbaycanda gecəgülü növlərinə arandan subalp qurşağadək quru-çınqıllı yamaclarda, meşənin açıq (tala) yerlərində, kolluqlarda, dağ çəmənlərində təsadüf olunur. Növlərin təyinində ləçəklərin rəngi və xüsusən, bitkini örtən tükcüklərin forması əsas götürülür. İki və çoxillik ot bitkiləridir. Bəzi növləri dekorativdir, bağ və parkların yaşıllaşdırılmasında istifadə olunur. Yağlı, bal arısı üçün qida olan, həmçinin yem bitkisi kimi faydalı olan növləri vardır.
- Növ: Hesperis hirsutissima
- Növ: Hesperis matronalis
- Növ: Hesperis persica
- Növ: Hesperis pycnotricha
- Növ: Hesperis sibirica
- Növ: Hesperis transcaucasica
- Növ: Hesperis tristis
- Növ: Hesperis voronovii