Cins: Cardaria - Kardariya print

Azərbaycanda hər yerdə, alaq bitkisi kimi arandan yuxarı dağ qurşağına kimi yayılan və adi bozalaq kimi tanınan növ də bu cinsə daxil edilir. Cinsin qalan 2 növündən biri (Buasye kardariyası) Naxçıvandan, əsasən Şahbuz rayonu ərazisindən, aşağı və orta dağ qurşağında bağ və əkinlərdən məlumdur. Üçüncü növ (oxşar kardariya) nisbətən geniş yayılıb, Alazan-Əyriçay, Kür-Araz, Kiçik Qafqaz və Naxçıvanda meşələrin açıq yerlərindən, dağ çəmənləri və əkinlərdən məlumdur. Çoxillik ot bitkiləridir. Çiçəkləri ağ rənglidir, polimorf növlərdir. Yarpaqlarında "C" vitamini var.