Cins: Arabidopsis - Kəsəkotu print

Avroasiya, Afrika və Qafqazda yayılan 13 növündən Azərbaycanda 3 növü vardır. Onlar respublikanın əksər rayonlarında arandan orta dağ qurşağınadək quraq, şorakət torpaqlarda, bəzən alaq bitkiləri arasında rast gəlir. Kəsəkotu növləri bir-birindən ləçəklərin rəngi, onların çiçəkdə olub-olmaması, bitkinin tükcüklərlə örtülü yaxud çılpaq olması ilə fərqlənirlər. Alçaq boylu (5-40 sm), birillik ot bitkiləridir.