Cins: Clypeola - Mərcəki print

Əsasən, Aralıq dənizi ölkələrində və Qafqazda yayılan 13 növündən Azərbaycanda 3 növü var. C. microcarpa Abşeronda, sahil qumluqlarında, daşlı yerlərdə rast gəlinir. Digər növ isə (yarğan mərcəki) Azərbaycanın əksər rayonlarında (Böyük Qafqazın dağlıq zonaları istisna olmaqla) arandan orta dağ qurşağınadək quraq, gilli, daşlı yamaclarda, kolluqlarda, bəzən alaq bitkiləri arasında təsadüf olunur. Növləri buynuzcuq meyvənin əlamətləri ilə fərqləndirilir. Ləçəkləri xırda, ağımtıl və ya sarırənglidir. Birillik ot bitkiləridir.