Cins: Dichasianthus - Məsməsi print

Aralıq dənizi, Mərkəzi Asiya və Qafqazda yayılan 12 növündən Azərbaycanda 3 növə rast gəlinir. Məsməsi növləri respublikanın əksər rayonlarında, xüsusən yarımsəhra bitkiliyi olan rayonlarda efemer bitki kimi geniş yayılmışdır və qış otlaqlarının tərkibinə daxildir. Onlara əsasən aran və aşağı dağ qurşağı ərazilərində, quraq, gilli bəzən şorakət, daşlı-çınqıllı yerlərdə təsadüf olunur. Erkən yazda yamaclarda geniş yayılır, həmçinin mal-qara tərəfindən yeyilir.