Cins: Aethionema - Pulcuqluot print

Aralıq dənizi, Ön Asiya və Qafqazda yayılan 60-a yaxın növündən Azərbaycanda 12 növə rast gəlinir. Cinsin növlərinə Azərbaycanın bir çox quraq rayonlarında rast gəlinir. Talış üçün endem olan Levandov pulcuqotu müstəsna olmaqla Naxçıvanda növlərin hamısına rast gəlmək mümkündür. Arandan yuxarı dağ qurşağınadək daşlı-qayalı yerlərdə, ən çox əhənglə zəngin süxurlarda təsadüf olunur. Morfoloji səciyyəsinə gəldikdə, fəsilənin digər cinslərindən ləçəklərinin göyümtrək, qırmızı və solğun yaşıl rəngdə olması, meyvələrinin (buynuzcuğun) qanadlı yaxud qanadsız, yuvalarının 3-4 toxumlu olması ilə fərqlənir. Dekorativ bitki kimi istifadə oluna bilər.