Cins: Alliaria - Sarımsaqotu print

Avroasiya və Qafqazda yayılan 2 növü eyni zamanda Azərbaycanda da yayılmışdır. Onlardan biri (qısameyvə sarımsaqotu) nadir bitki sayılır və yalnız Böyük Qafqazın Quba massivindən, yüksək dağ qurşağından (1500-2700 m), daşlı-çınqıllı yamaclardan məlumdur. Digər növ daha geniş yayılıb, demək olar ki, respublikanın əksər rayonlarında arandan orta dağ qurşağınadək meşə və kolluqlarda, bağlarda və çəpərlərin kənarında rast gəlinir. Növləri bir-birindən meyvəsinin əlamətlərinə və çiçəkdə çiçəkaltlığı yarpaqların olub-olmamasına görə fərqləndirirlər. Yerli əhali bitkinin cavan zoğlarını sarımsaq əvəzi istifadə edir.