Cins: Sobolewskia - Sobolevski print

Krım, Kiçik Asiya və Qafqazda yayılan 3 növündən Azərbaycanda 3 növə rast gəlinir. Onlardan biri (Qafqaz sobolevskisi) respublikanın Böyük Qafqaz regionunda, subalp və alp qurşağında quraq yamaclarda yayılmışdır. Digər növ isə Naxçıvan və Kiçik Qafqazda orta və yuxarı dağ qurşağında qayalarda, çınqıllı yamaclarda rast gəlir. Cins daxilində növlər meyvələrinin formasına görə asan seçilir. Belə ki, Qafqaz sobolevskisi növündə buynuzcuq düz, digər növdə isə əyilmiş vəziyyətdə olur. Ləçəkləri ağ rəngli, bir və ikiillik ot bitkiləridir.