Cins: Sterigmostemum - Steriqma print

Avroasiya və Qafqazda yayılan 4 növündən Azərbaycanda 3 növə rast gəlinir. Onlara Azərbaycanın əksər rayonlarında, orta dağ qurşağınadək (əsasən dağətəyi rayonlarında) daşlı-çınqıllı yamaclarda, kolluqlarda, alaq bitkiləri arasında təsadüf olunur. Cinsin növləri bir-birindən tükcüklərlə örtülmə dərəcəsinə və tükcüklərin formasına görə fərqləndirilir. İynəmeyvə steriqma Azərbaycandan təsvir olunub.