Cins: Poterium - Qarabaşlı print

Avrasiya, Aralıq dənizi ölkələri və Qafqazda yayılan 30 növündən Azərbaycanda 2 növü rast gəlir. Onlardan biri Azərbaycanda, bütün rayonlarda, arandan yuxarı dağ qurşağınadək, gilli-daşlı yamaclarda, kolluqlarda yayılıb (P.polygamum). Digər növü yalnız Naxçıvan dağlarından, quraq otlu yamaclardan məlumdur. Növləri bir-birindən meyvələrinin forması, tükcüklərlə örtülü olub olmaması ilə fərqləndirilir. Çoxillik ot bitkiləridir.