Cins: Sorbus - Quşarmudu print

Şimal yarımkürəsinin mülayim iqlimli ərazilərində 100-ə qədər növü məlumdur (Qladkova, 1981). Hazırda Azərbaycanda 14 növ quşarmudu var. Olduqca polimorf cinsdir. Fəsilə daxilində yaxın cinslərdən (məsələn armud, alma cinsləri) qalxanşəkilli çiçək qrupunun budaqlanan və çoxçiçəkli olması ilə fərqlənir. Meyvə yarpağının sayı 2-dən 5-ə qədər olur. Sütuncuqların və yumurtalıqda yuvacıqların sayı müvafiq şəkildə 2-5 olur. Sütuncuqlar sərbəstdir. Yumurtacığı 2 ədəd olur və onlardan biri mayalanaraq toxum əmələ gətirir. Tərkibində aşı maddəsi vardır.