Cins: Melilotus - Xəşənbül print

Avroasiya və Afkiranın mötədil isti və subtropik vilayətlərində yayılan 20 növü var. Azərbaycanda əksər rayonlarda, arandan subalp qurşağadək kolluqlarda, çınqıllı, otlu yamaclarda, çay vadilərində, alaqlı yerlərdə, yaşayış məntəqələri ətrafında, çəmənliklərdə yayılan 7 növü məlumdur. Bir və ikiillik bitkilərdir. Yarpaqları üçər, kasacıq zəngşəkilli, çiçəkləri xırda, ağ, sarı rənglidir. Bir çox növləri qiymətli yem, bəziləri balverən və vitaminli bitkilərdir. Ədviyyat və ətriyyat sahəsində əhəmiyyətli növləri də vardır.