Növ: Taxus baccata - Giləmeyvəli qaraçöhrə print

Taxus baccatagiləmeyvəli qaraçöhrə üçüncü geoloji dövrdən qalmış relikt bitkidir. Oduncağında qatran olmur, möhkəmdir, qırmızımtıl rənglidir.  Gövdəsi 1 m-ə qədər qalınlaşır, hündürlüyü 20 m-ə çatır. Böyük və Kiçik Qafqazda, Talışda yuxarı dağ qurşağına qədər rast gəlinir. Fıstıq, vələs meşələrində tək-tək bitir. Dekorativ və texniki bitkidir.