Növ: Bellardia trixago - Adi bellardiya print

Bu növə Talış, Böyük Qafqazın şərq hissəsi, Kür-Araz ovalığı, Samur-Dəvəçi ovalığı və Bozqır yaylada arandan orta dağ qurşağınadək çəmənlərdə, sahil qumluqlarında, çay sahillərində və bağlarda təsadüf edilir. Hündürlüyü 10-40 sm olan, birillik bitkidir. Yarpaqları lansetvari, qarşılıqlı düzülmüşdür. Çiçəkaltlığının yarpaqları kasacıqdan uzun, zəngşəkilli, tacı tünd qırmızı, qutucuğu ovalşəkillidir.