Növ: Dodartia orientalis - Şərq dodarsiyası print

Bu növə Azərbaycanda əksər aran və aşağı dağ qurşağı rayonlarında, sahil qumluqlarında, yarımsəhra bitkiliyi tərkibində, əkinlərdə, bağ və bostanlarda rast gəlinir. Çoxillik ot bitkisidir. Çiçəkləri çoxsaylı olub, salxımvari, seyrək çiçək qrupunda toplanmışdır. Tacı boruşəkilli, 2 dodaqlı olub, üst dodaq qısa, alt dodaq isə iri, 3 bölümlüdür. Erkəkcikləri 4, dişiciyin sütünü 2 bölümlüdür. Meyvəsi qutucuqşəkilli, açılmayandır.