Növ: Limosella aquatica print

Alçaq boylu (3-5 sm), sürünən gövdəli bitkidir. Rozet əmələ gətirən yarpaqları sadə olub, uzunsov formalıdır. Qısa saplaqcıqlı, xırda çiçəkləri yarpaqların qoltuğunda tək-tək yerləşir. Kasacıq zəngşəkilli, tacı çəhrayı rənglidir və kasacıqdan 2 dəfə uzundur. Meyvəsi qutucuqdur.