Növ: Hydrocharis morsus-ranae print

Lənkəranın aran yerlərində, durğun sulu yerlərdə yayılmışdır. Adi suboyar adlanan növ su üzərində üzür. Nazik gövdəsinin düyünlərində uzun kökləri və suyun üzərində üzən dəstələrdə yerləşən yarpaqları vardır. Yarpaqları uzun saplaqlı, ürəkvari, çiçəkləri ağ rənglidir. Dekorativ və dərman bitkisidir.