Cins: Alisma - Baqəvər print

Kosmopolit areala malik 6 növü var. Azərbaycanda 3 növünə rast gəlinir. Respublikanın əksər rayonlarında, arandan subalp qurşağadək çay kənarlarında, göl və bataqlıqlarda, suvarma kanalları kənarında yayılmışdır. Yarpaqları ürəkvari, uzunsov-lansetşəkilli olub, gövdənin qaidəsində dəstələrlə yerləşir. Çiçəkləri ikicinsli, ləçəkləri 3-dür. Növləri bir-birindən yarpaqlarının formasına, dişicik və meyvəsinin əlamətlərinə əsasən fərqləndirilir. Dərman bitkiləri hesab edilir. Kökümsovu nişasta ilə zəngindir.