Növ: Antirrhinum majus print

Azərbaycanda demək olar ki, bütün rayonlarda birillik dekorativ bitki kimi becərilir. Çiçəkləri qısa saplaqlı olub, gövdənin ucunda salxım çiçək qrupuna yığılmışdır. Tacı 2 dodaqlıdır, alt dodaq tacın boğaz hissəsində qabarıqdır. Tacı çeşiddən asılı olaraq ağ, sarı, çəhrayı, qırmızı və s. rəngli olur. Erkəkciyi 4-dür. Qutucuq meyvəsi 2 yuvalıdır, yuvaları qeyri-bərabərdir. Onlardan biri 2, digəri isə 1 deşiklə açılır.