Növ: Lindernia procumbens print

Seyrək halda Kür-Araz və Lənkəran ovalıqlarında bataqlıq landşaftlarından məlumdur. Xırda, çılpaq, ellipsşəkilli yarpaqları qarşılıqlı düzülmüşdür. Çiçəkləri tək-tək yerləşir. Tacı 2 dodaqlı, boruşəkilli, mavi rənglidir. Erkəkcikləri 4 ədəddir. Qutucuq meyvəsi uzunsov, yuxarısında tikancıqlıdır. Birillik bitkidir.