Növ: Macrosyringion glutinosum print

Naxçıvanın dağlıq ərazilərində (2000), orta və yuxarı dağ qurşağındakı otlu yamaclarda yayılmışdır. Birillik, gövdəsinin hündürlüyü 10-30 sm olan bitkidir. Xətvari yarpaqları qarşılıqlı düzülmüşdür. Çiçəkləri sünbülşəkilli çiçək qrupunda toplanmışdır. Kasacıq zəngşəkilli, tacı sarı rəngli və kasacıqdan 2 dəfə iridir. Qutucuğu uzunsov bitkilərdir.